Azərbaycanda cinsi azlıqlara nəzarət kimdədir?backend

Azərbaycanda cinsi azlıqlara nəzarət kimdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…Bəlkə meydan LGBT-yə buraxılır?!.

Azərbaycanda keçirilən beynəlxalq yarışlarda hakimli, oyunçulu qollarına LGBT bayrağı bağladılar…

Feministləri küçələrə töküldü. Ölkənin bircə qadın problemini adam kimi qabartmadılar. Bütün tələbləri seksual müstəqilliyə yönəlik oldu. Axırda da məsələni ora sürüdülər ki, bəs ölkədə qadın ölümləri siyasidir. Indi də cinsi azlıqlar gündəm edilir.

Indi də bir blog zühur edib, onalrı ölümlə təhdid edir. Nəticə, bir cinsi azlıq intihara əl atıb, məhz o çıxışa görə…

***

Onları kənardan himayə və idarə edənlərin məqsədi əslində necəsə ölkədəki boşluqlara dolmaq, Azərbaycanı regionda və dünyada güclü, müasir türk-müsəlman dövləti kimi möhkəmlənməyə qoymamaqdır.

Təbii mental və dini dəyərləri olan, hətta radikal dindarların varlığı istisna edilməyən ölkələr üçün cinsi azlıqlar məsələsi ciddi mövzudur. Azərbaycan bu mənada münbit ölkədir və təhlükələr də yox deyil. Odur ki, artıq ölkədə bu proses ciddi əllərdə, ciddi nəzarətə alınmalı.

Cinsi azlıqların statistikası, həyat tərzi (narkotik tranziti, əxalqaüızlıq, eynicinüli nigahlar) müəyyən edilməli. Üstəlik, sirr deyil cinsi azlıq olmaq həm də səhhət problemidir. Odur ki,.rəsmi qeydiyyatları aparılmalıdır. Bu cinsi xəstəlikdən əziyyət çəkənlər həm də psixoloji qüsurludur. Son dərəcə aqressiv, səs-küylü, dalaşqan olurlar ki, bu həm də şəxsiyyət qüsurudur. Cəmiyyətdə dışlandıqları üçün şəxsiyyət sorunu yaşayırlar. Hər zaman sərt şəkildə özünü isbata meyillənirlər.

Son dönəmlər, bəlli saytlar və sosial şəbəkələr üzərindən ciddi şəkildə piarları aparılır. Xəstə, anormal həyat tərzli, amma üzv olduqları mərkəzlərə gərəkli bu təbəqə Azərbaycanda tam nəzarətsizdir. Bu həm də ciddi cinayətlərə yola açır. Eyni zamanda və ya ölkədə qarışıqlıq salmağa meyilli dini radikallarla proaesdən indi və ya gələcəkdə bəhrələnə bilmək imkanı yaradır.

Dünyada artıq siyasətə qatılan bu təbəqəyə ümumilikdə nə qədər naxoş münasibət olsa da nəzarət şərtdir. Çünki əllərdə ciddi vasitəyə, alətə çevrilirlər.

Indi sual olunur, ölkədə reaksiya reaksiyasızlıqdırsa, bu bir şey deyil. Çünki reaksiyasızlıq artıq qarşı tərəfi ciddi şəkildə hərəkətə gətirir. Bu naxoş işlə kimsə və ya kimlərsə ya QHT sektoru, ya da dövlətdə məşğul olmalıdır. Əks halda hadisələr çoxalacaq. Hətta cinsi azlıq məsələsi daha ciddi şəkil alacaq. Odur ki, prosesə müdaxilə üçün kimsə məsul olmalıdır. Tutalım əməllərində cinayət tərkibi olduqdan sonra DIN məsul olur, bəs onacan kim girəcək bu mental dəyərlərə, dini baxışlara yaramayan, amma mövcud olan və günbəgün dövlətin üstünə yürüyən bu rəngli problemə? Bəlkə gözlıyək, “ağ ölüm” kimi, cinsi azlıq məsələsi də ölkədə “rəngli ölüm” dalğası yaratsın və şişib-şişib partlasın?!.

Jalə Mütəllimova