Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıbbackend

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 134 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ QərargahdanNOCOMMENT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2741 nəfər müalicə olunaraq sağalmış, 51 nəfər vəfat etmiş, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273.411 test aparılmışdır.