Azərbaycanda daha 17 nəfər koronavirusdan öldü – FOTObackend

Azərbaycanda daha 17 nəfər koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib. 15 453 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 676, bu günə qədər isə ümumilikdə 5 750 604 test icra olunub.