Azərbaycanda daha 279 nəfər koronavirusa yoluxub, 592 nəfər sağalıbbackend

Azərbaycanda daha 279 nəfər koronavirusa yoluxub, 592 nəfər sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5 229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 723 236 test aparılıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycanda ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Ümumi yoluxanlardan indiyə qədər 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5 229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.