Azərbaycanda daha 75 nəfər koronavirusdan sağaldıbackend

Azərbaycanda daha 75 nəfər koronavirusdan sağaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə son sutkada 4 nəfər isə COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 836 nəfər müalicə olunaraq sağalıb, 3 202 nəfər vəfat edib. Hazırda 2 163 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3942, bu günə qədər isə ümumilikdə 2 555 058 test icra olunub.