Azərbaycanda daha 921 nəfər koronavirusa yoluxub, 17 nəfər ölübbackend

Azərbaycanda daha 921 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 921 yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “NOCOMMENT”-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 453 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 676, bu günə qədər isə ümumilikdə 5 750 604 test icra olunub.