Azərbaycanda daha bir hakim koronavirusdan ölübbackend

Azərbaycanda daha bir hakim koronavirusdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə məlumatı millət vəkili Fazil Mustafa öz sosial media hesabında paylaşıb.

BAŞSAĞLIĞIİndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq…

Gepostet von Fazil Mustafa am Freitag, 26. Juni 2020

“İndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat etdi. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!” – deyə millət vəkili paylaşımında qeyd edib.

MediaPost