Oktyabrın 13-də cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb.
NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ikinci günündə maraqlı hadisə yaşanıb.
Belə ki, yarış zamanı Abşeron Olimpiya İdman Kompleksində işıqlar sönüb və bu səbəbdən qarşılaşmalar müvəqqəti olaraq təxirə salınıb.
Yarış zalından videonu təqdim edirik:
Qeyd edək ki, analoji hadisə sentyabrın 28-də Misli Premyer Liqasının 6-cı turunda keçirilən “Sabah” – “Sumqayıt” oyununda da qeydə alınmışdı. Həmin vaxt qarşılaşmada 20 dəqiqə fasilə yaranmışdı.