Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdibackend

Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir jurnalist koronavirusdan dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, jurnalist Qələndər Xaçınçaylı bir qədər əvvəl müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir müddət idi ki, koronavirusdan müalicə alırdı.

Qocaman jurnalist “Həftə içi” qəzetində çalışırdı. 5 şeir kitabının müəllifi idi. AYB-nin üzvü idi.

Qeyd edək ki, üç il əvvəl Qələndər Xaçınçaylı ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdü.