Azərbaycanda daşınmaz əmlak sertifikatına maraq varmı?backend

Azərbaycanda daşınmaz əmlak sertifikatına maraq varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “Daşınmaz əmlak sertifikatları haqqında Qaydalar”ın təsdiq edilməsindən 8 ilə yaxın vaxt keçir.

NOCOMMENT.az bildirir ki, Bununla belə, Azərbaycan Mərkəzi Bankından (AMB) report-a verilən məlumata görə, bu günə qədər daşınmaz əmlak sertifikatlarının buraxılışı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

Başqa sözlə, Azərbaycanda bu növ qiymətli kağıza maraq yoxdur. Bəs daşınmaz əmlak sertifikatı nədir, əhali və biznes üçün hansı üstünlüklər yaradır?

İlk növbədə onu qeyd edək ki, bu sertifikat tikilməkdə olan binalardan mənzil almaq istəyən şəxslərin bəri başdan mülkiyyət hüququnu təsdiq edir, eyni zamanda həmin tikintinin maliyyələşdirilməsinə xidmət edir. Yəni, sahibkar (Mənzil Tikinti Kooperativi) AMB-yə müraciət edərək sertifikatın emissiyasını həyata keçirə, onu müxtəlif şəxslərə sataraq tikinti işlərini maliyyələşdirə bilər. Sertifikatı əldə edənlər isə əmin olurlar ki, tikilməkdə olan mənzil yalnız onlarındır və başqa şəxslərə satılması mümkün deyil. Bu isə vaxtilə tikinti sektorunda vaxtilə geniş vüsət almış, hətta indinin özündə belə ara-sıra rast gəlinən xoşagəlməz halların qarşısının alınması deməkdir.

Doğrudur, Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı indiyə qədər xeyli sayda sahibkar cinayət məsuliyyətinə cəlb edilib, amma hər halda onların toruna düşmüş vətəndaşlara da az ziyan dəyməyib. Ölkədəki investisiya şirkətlərindən birinin direktor müavini və Vəkillər Kollegiyasının üzvü Pərvanə Qasımova hesab edir ki, sözügedən risklərin azaldılması üçün daşınmaz əmlak sertifikatlarından istifadə olduqca önəmlidir: “Həmin sertifikatı AMB dövlət qeydiyyatına alır. Bu o deməkdir ki, tikilməkdə olan binanın mənzilləri məhz qiymətli kağızlar vasitəsilə satılır. Oradakı həm mənzillərin, həm də qeyri-yaşayış sahələrinin uçotu dövlətin nəzarətində saxlanılır. 2-ci mühüm məsələ ondan ibarətdir ki, daşınmaz əmlak sertifikatlarının mülkiyyətçilərinin reyestrini Milli Depozit Mərkəzi aparır və sertifikatların alqı-satqısı investisiya şirkətləri vasitəsi ilə baş tutur. Belə olan halda, bir mənzilin bir neçə şəxsə satılması riski kökündən aradan qalxmış olur”, – deyə o qeyd edib.

Bundan başqa, P.Qasımovanın sözlərinə görə, daşınmaz əmlak sertifikatı özü müstəqil şəkildə mülki müqavilələrin predmeti ola bilər: “Yəni daşınmaz əmlak sertifikatının mülkiyyətçisi onu sata bilər, habelə girov qoya bilər”.