Azərbaycanda daxili turizmin təbliği ilə bağlı yeni VİDEOÇARX hazırlanıbbackend

Azərbaycanda daxili turizmin təbliği ilə bağlı yeni VİDEOÇARX hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Turizm Bürosu (ATB) koronavirus (COVID-19) pandemiyasından sonra turizmin təşviqi məqsədilə təbliğat videoçarxı hazırlayıb.

ATB-dən NOCOMMENT-ə verilən məlumata görə, məqsəd daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.

Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.

Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.