Azərbaycanda dəhşətli hadisə – ana xəstəxanaya çatmadan körpəsini itirdi – YENİLƏNİB – VİDEO – FOTObackend

Azərbaycanda dəhşətli hadisə – ana xəstəxanaya çatmadan körpəsini itirdi – YENİLƏNİB – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1985-ci il təvəllüdlü qadın xəstəxanaya hospitalizasiya olunub.

NOCOMMENT.az-ın Şimal bürosunun verdiyi məlumata görə, bunu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Yasəmən Ağayeva bildirib.

Ona vaxtından əvvəl doğuş diaqnozu qoyulub. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

***

18:21

Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb.

NOCOMMENT.az-ın Şimal bürosunun verdiyi məlumata görə, qadının yaxınları iddia edib ki, hadisəyə səbəb dəmiryolu keçidində aparılan təmir işləri ilə bağlı yolun bağlı olmasıdır.

Təmir səbəbindən onlar alternativ yoldan getməli olublar.

Nəticədə yolun uzaq olması uşağın ölməsinə səbəb olub. Qadın isə, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ona müvafiq tibbi yardım göstərilir.