Rusiyanın Kurqan vilayətindən Azərbaycana ümumi çəkisi 17 ton təşkil edən 3 partiya konservləşdirilmiş ət məhsulları ixrac edilib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına əsasən, xəbər verir ki, xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib. Ümumilikdə ilin əvvəlindən Kurqan istehsalçısının 82,1 ton konserv məhsulları yoxlanılıb. Məhsulların 50,6 tonu Azərbaycana, 14,9 tonu Tacikistana, 16,6 tonu isə Özbəkistana göndərilib.
Azərbaycan konservləşdirilmiş ət məhsulllarını daha hansı ölkədən idxal etməklə ehtiyacı təmin edir? Həmin məhsulların sırasında at əti və millətimiz üçün ənənəvi qida sayilmayan digər ət məhsullarının olması maraqlıdır.
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı referans.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb. O bildirib ki, Azərbaycanın daxili ət istehsalı daxili təlabatın 50 faizindən aşağı hissəsini ödəyir. Qalan ət və ət məhsullarına olan təlabat xaricdən həm diri heyvan, həm konservləşdirilmiş ət, həm də dondurulmuş ət almaqla ödənilir:
“Ölkədə konservləşdirilmiş ətə olan təlabat əsasən Rusiyadan, Gürcüstandan, Orta Asiya ölkələrinin bir çoxundan, Polşadan, Avropa ölkələrinin bir qismindən alınmaqla ödənilir. Konservləşdirilmiş ətin tərkibində at ətinin və yaxud da donuz ətinin olması ilə bağlı məlumatlar məhsulun üzərində göstərilir. Azərbaycana Qazaxıstandan konservləşdirilmiş ət daxil olur, amma, bu at əti deyil. Məlumdur ki, Qazaxıstan və Türkəmnistanda at əti yeyilir, amma Azərbaycana ixracı inanmıram ki, nəzərdə tutulsun. Çünki Azərbaycandan Qazaxıstana və Türkmənistana at əti ixrac olunur. Hətta deyim ki, bizim əhalinin xeyli hissəsi donuz əti yeyir, amma, at əti yemir”.
İqtisadçı bildirir ki, əslində at əti yeməli ətdir. Bu ət məhsulunun kalorisi, vitamin tərkibi yüksəkdir, heç bir zərəri yoxdur: “Donuz əti isə müsləman üçün haram buyurulub. Ümumiyyətlə, xristianlar üçün də donuz ətinin yeyilməsi haram buyurulub. Bu onunla əlaqədardır ki, donuz əti insan ətinin bənzəridir, buna çox yaxındır. Donuz əti bəzi insanlarda hannibalizmə meyllənmə yarada bilər deyə bu ətin yeyilməsi qadağan edilib”.
Qeyd edək ki, Bakıda donuz əti fermalarda kəsilmiş şəkildə, həm satış şəbəkələrində hisə verilmiş şəkildə satılır. Özü də nə az nə çox, hisə verilmiş donuz ətinin(“REMİT BUJANINA ZAPECONNAYA”) 1 kq 56. 99 qəpik, donuz piyinin 1 kq isə 17.99 qəpik təşkil edir. Alıcıların çoxluğu səbəbindən donuz ətinin 1 kq demək olar ki, ölkədə ət satışında rekorda imza atır. Qeyd edək ki, hazırda Azərbaycanda sümüklü mal ətinin 1 kq 13-14 manat, sümüksüz şəkildə 18-19 manat, qoyun ətinin 1 kq isə 19-22 manat arası satılır.