Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti Teymur Əmrah Kamran Ağabalayevin “Qapqara” verilişində maraqlı açıqlamalar verib.
NOCOMMENT.az Qlobal.net-ə istinadən xəbər verir ki, Azərbaycan musiqisinin, mədəniyyətinin çox ağır durumda olduğunu vurğulayan müğənni bildirib ki, Azərbaycan musiqisini, mədəniyyətini diriltmək, ağ günə çıxarmaq çox gecdi:
“Amma ittifaqmüvafiq qurumlar mənə tabe olsaydı, düzəldərdim. Tək mədəniytyət naziri vəzifəsində işləməklə Azərbaycan mədəniyyətini xilas etmək mümkün deyil. Çünki təbliğat, reklam ən çox efirdən aparılır. Televiziya Şurası mənim balansıma gəlməlidir. Azərbaycanda dörd kanal var ki, onları bağlatdırardım. O kanallarda verilişləri dəyişməyə ehtiyac yoxdur. Balaca bir ölkəyə 4 kanal bəsdir. Bu kanallarda da intellektual verilişləri artırardım. Xalq “İnstaqram”da, “TikTok”da hara baxır baxsın. Vaxt gələcək, anlayacaq ki televiziyada gözəl verilişlər gedir, qayıdacaqlar ora. Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün qurumlarda güclü attestasiya keçirərdim.