Azərbaycanda əhali ən çox nəyə pul xərcləyib? – STATİSTİKAbackend

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyib? – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 4,8 faiz artaraq 6 milyard 301 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən NOCOMMENT.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 3 milyard 636 milyon 600 min manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664 milyon 400 min manata bərabər olub.

İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.