Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirləri azalıbbackend

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirləri azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % azalaraq 6 227,2 milyon manat olub.

Bu barədə NOCOMMENT-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsirinin nəticəsində bu ilin mart-noyabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədardır.

Hüquqi şəxslər tərəfindən əhaliyə 4 685,1 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 624,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 215,1 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.