Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək.
Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.\\Unikal