Azərbaycanda ekoloji təhlükəsizliyə, yaşıllıqların salınmasına, biomüxtəlifliyin qorunmasına ciddi əhəmiyyət verilir – RƏYbackend

Azərbaycanda ekoloji təhlükəsizliyə, yaşıllıqların salınmasına, biomüxtəlifliyin qorunmasına ciddi əhəmiyyət verilir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ekoloji təhlükəsizliyə, yaşıllıqların salınmasına, biomüxtəlifliyin qorunmasına ciddi əhəmiyyət verilir. Belə bir məqamda böyük bir ərazidə ağacların qanunsuz kəsilməsi görülən işlərə kölgə salır.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər bir canlının – bitkinin, ağacın, heyvanın qorunması önəm daşıyır:

“Biz hazırda iqlim dəyişiklikləri, ekoloji məsələlər, “yaşıl enerji” və s. məsələlərlə əlaqədar həssas dönəmdəyik. Həmçinin ölkəmiz diqqət mərkəzindədir. Bilirsiniz ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək. Bu səbəbdən Azərbaycana on minlərlə əcnəbi qonaq gələcək. Belə həssas məqamda vəzifəli şəxslərin qanunsuz davranışlarının gündəmə gəlməsi təəssüf doğurur”.

Deputat Azərbaycanda ekoloji problemləri, məmur özbaşınalığının qarşısının alınmasını tənzimləyən mükəmməl qanunvericilik olduğunu vurğulayıb:

“Bu hadisəyə də hüquqi qiymət veriləcəyini, aidiyyəti üzrə ətraflı araşdırılma aparılaraq cəzalandırılmanın həyata keçiriləcəyini düşünürəm”.

Qeyd edək ki, Baş Prokurorluqda Qusar rayonunda 22.3 ha meşə ərazisində ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb.