KoronaVirus İnformasiya Portalı
Azərbaycanda elektrik enerjisi üçün yeni tarif tətbiq ediləcəkbackend

Azərbaycanda elektrik enerjisi üçün yeni tarif tətbiq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər. Yəni ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsi nəzərdə tutulub.

NOCOMMENT xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, artıq bununla bağlı hökumətdə müzakirələr gedir.

Energetika Nazirliyinin “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun hazırladığı layihə aidiyyatı dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq.

Xatırladaq ki, bir neçə il bundan əvvəl Asiya İnkişaf Bankı Azərbaycanda sözügedən layihənin hazırlanmasına 1 milyon ABŞ dolları qrant ayırmışdı.

Hazırda ölkədə əhali qrupu abunəçiləri üçün elektrik enerjisinin 1 kVt/saatının qiyməti ay ərzində 300 kVt/s-a qədər istifadə edildikdə 7 qəpik, 300 kVt/s-dan artıq istifadə edildikdə isə 11 qəpikdir.