Azərbaycanda elektrik enerjisinin kəsilməsinə əsas verən müddət müəyyənləşibbackend

Azərbaycanda elektrik enerjisinin kəsilməsinə əsas verən müddət müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında qərar qəbul edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, sözügedən müddət bir ay müəyyən edilib.

Qərar bu il yanvarın 1-dən tətbiq edilir.