Azərbaycanda ən çox bahalaşma olan RAYONLAR – STATİSTİKAbackend

Azərbaycanda ən çox bahalaşma olan RAYONLAR – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ötən il ölkə üzrə 8,8 faiz inflyasiya qeydə alınsa da bəzi rayon və şəhərlərdə bahalaşma sürəti digərlərindən fərqlənib. Yaşayış məntəqələrinin bəzilərində bahalaşma çox yüksək, bəzilərində isə çox aşağı olub.

NOCOMMENT.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəmizdə ən yüksək bahalaşma Tərtər rayonunda qeydə alınıb.

Bu rayonda qiymətlər 13,4 faiz artıb. Tərtərdə qiymətlərin bu qədər çox artmasının səbəbi ərzaq və pullu xidmətlərin kəskin bahalaşması ilə bağlıdır. Rayonda il ərzində ərzaq malları 15,4 faiz, pullu xidmətlər 13,4 faiz bahalaşıb.

Kürdəmir, Beyləqan, Ağstafa və Xaçmaz rayonlarında da qiymətlərin artım sürəti yüksək olub. Adıçəkilən rayonlarda illik qiymət artımının sürəti 12-12,4 faiz aralığında dəyişib. Bu rayonların hər birində bahalaşmanı gücləndirən əsas məhsullar ərzaq malları olub. Adları çəkilən yaşayış məntəqələrindən başqa Tovuz rayonunun (11,5 faiz), Naftalan şəhərinin (11,3 faiz), Ağsu rayonunun (11 faiz) sakinləri də yüksək qiymət artımından əziyyət çəkiblər.

Azərbaycanda qiymət artımı nisbətən aşağı olan yaşayış məntəqələri də var. Bunların arasında Xızı rayonu fərqlənib. Xızıda qiymətlər cəmi 5,8 faiz artıb.
Azərbaycanın bu kiçik rayonunda qiymət artımlarının zəif olmasının səbəbi qeyri-ərzaq və pullu xidmətlərin dəyərinin 2-3 faiz artması, eyni zamanda ərzaq mallarında qiymət artımının 9,4 faiz olmasıdır.

Qiymət artımı zəif olan yaşayış məntəqələri arasında İmişli, Lerik və Saatlı rayonları (hər birində 6,4 faiz), Yardımlı rayonu (6,5 faiz), Göyçay rayonu (7,9 faiz) da var. Bu rayonlarda qiymət artımlarının sürətinin zəif olması ərzaq mallarında bahalaşmanın nisbətən aşağı olması, həmçinin digər mal qruplarında qiymət artımlarının 1-3 faiz intervalında dəyişməsi ilə bağlıdır.