Azərbaycanda ən gəlirli sahələr açıqlanıbbackend

Azərbaycanda ən gəlirli sahələr açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 min 360,6 manat, qeyri-neft-qaz sektorunda isə 647,2 manat təşkil edib. Bu nominal hesabla götürülən orta aylıq göstəricidir.

NOCOMMENT-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu ilin 10 ayı ərzində dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,6 manat, özəl müəssisələrdə isə 805,7 manat olub.

Bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında isə ölkə ərazisində əhalinin ümumi gəlirləri nominal ifadədə 1,3 faiz azalıb və 50 milyard 173,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən nominal gəlir isə 5 min 28,8 manat olub.

Yanvar-oktyabr ayları ərzində mədənçıxarma sənayesində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əməkhaqqı 3 min 296,2 manat təşkil edib. Rəsmi qeydlərə əsasən, özəl müəssisələrdə bu məbləğ 4 min 337,7 min olduğu halda, dövlət müəssisələrində daha az, 1 662,2 manat təşkil edib.

İkinci gəlirli sahə isə, maliyyə və sığorta fəaliyyəti sektoru olub. Bu sahədə fəaliyyət göstərən şəxslərin orta aylıq gəliri 1 736,4 manat təşkil edib. Dövlət işində əməkhaqqı 1 709,2 manat, özəl müəssisələrdə isə 1 443,8 manat olub.

Digər gəlirli sektor peşə, elmi və texniki fəaliyyət sahəsi olub. Burada fəaliyyət göstərənlərin orta hesabla aylıq nominal gəliri 1 180 manat olub. Özəl sektorda çalışanlar bu sahədə aylıq 1 896,5 manat gəlir əldə edərkən, dövlət sektorunda çalışanlar isə orta hesabla 679,9 manat gəlir əldə edib.

Növbəti gəlirli sahə isə informasiya və rabitə sahəsidir. Bu sahədə çalışanların orta aylıq nominal gəliri 1 071,4 manatdır. Dövlət müəssisələrində orta aylıq nominal gəlir 819,3 manat olduğu halda özəl müəssisələrdə əməkhaqqı 1 382 manat olub.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 927,7 manat olub. Dövlət müəssisələrində əməkhaqqı özəl sektora nisbətən 3 dəfə çox, yəni, 960,5 manat ikən, özəl sektorda 310,7 manat təşkil edib.

Eləcə də, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda fəaliyyət göstərənlər orta hesabla 536,5 manat əməkhaqqı alıb. Dövlət sektorunda maaş özəl sektora nisbətən 2 dəfədən çox, yəni, 1 173,6 manat təşkil etdiyi halda, özəl müəssisələrdə 513,3 manat təşkil edib.

Digər sektorlarda çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı aşağıdakı kimi təsnif olunub.