Azərbaycanda ən zəruri 60 məhsul və xidmət bahalaşıbbackend

Azərbaycanda ən zəruri 60 məhsul və xidmət bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hətta rəsmi statistikanın elan elədiyi rəqəmlərə görə, pandemiya başlayan (mart 2020-ci il) dövrlə müqayisədə ən zəruri ərzaq, qeyri-ərzaq və xidmətlərdən ibarət ən zəruri 60 məhsul və xidmət səbətinin dəyəri 25%-dən çox bahalaşıb”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

“Amma ölkədə yoxsulluğu və sosial ödənişləri müəyyənləşdirmək üçün əsas normativ rolunda çıxış edən yaşayış minimumunun dəyərini hökumət son 2 ildə cəmi 10% artırıb (2020-də 190 manat, hazırda 210 manat).

Qiymətlərin artım tempi rəsmi yaşayışı minimumunun dəyərinin artım tempini az qala 3 dəfə üstələyir. İlin sonunda da rəsmi statisitka çıxıb həmin yaşayış minimumu əsasında yenə 5%-lik yoxsulluq rəqəmi açıqlayacaq”, – deyə ekspert qeyd edib.