Azərbaycanda Ermənistanın daha bir hərbçisinin meyiti tapıldıbackend

Azərbaycanda Ermənistanın daha bir hərbçisinin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun bir hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Meyitin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Məlumata görə, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 630 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər. /report.az