Azərbaycanda ət ucuzlaşdı – VİDEObackend

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə dana əti ucuzlaşıb. Qiymət düşməsi İmişli və Sabirabad rayonlarında da hiss olunur.

Ekspertlər hesab edir ki, bu rayonlarda baş verən qiymət dəyişikliyi mərhələli şəkildə digər bölgələrdə də özünü büruzə verə bilər.

NOCOMMENT.az Xezerxeber.az-a istinadən xəbər verir ki, qiymətlərin enməsi daha çox iribuynuzlu heyvan ətində nəzərə çarpır. Dana ətinin qiymətində 1 manat civarında ucuzlaşma var. Bunu satıcılar da təsdiqləyir.

Heyvan bazarında qiymətlərin ucuzlaşması pərakəndə satışa da təsir edib.

Mütəxəssislərin fikrincə, hazırkı qiymətlərin nə vaxta qədər belə qalacağı tələb və təklifdən asılı olacaq.

Qeyd edək ki, sözügedən 3 rayonda 324 min başdan çox iribuynuzlu heyvan saxlanılır ki, bu da ölkədəki ümumi heyvanların baş sayının 13 faizini təşkil edir.