Azərbaycanda 47, 53, 65, hətta 100 min manata avtomobil nömrələri satılır.
NOCOMMENT.az-ın məlumatına görə, Bakıda avtomobil bazarında avtomobil qeydiyyat nişanı qiymətləri müxtəlif rəqəmlərlə alıcılara təqdim olunur.
Yol-nəqliyyat hərəkəti üzrə ekspert Rövşən Həsənov deyir ki, avtomobil qeydiyyat nişanlarının alqı-satqısı mümkün deyil və əslində bu prosedurun adı qeydiyyat nişanlarının bir adamın adından başqa adamın adına rəsmiləşdirilməsidir.
bildirir ki, nəqliyyat vasitəsinə məxsus dövlət nömrə nişanının alqı-satqısı yalnız Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, bu cür elanlar tamamilə qanuna ziddir.
Hüquqşünaslar isə deyirlər ki, avtomobil nömrələrinin bu şəkildə satılması qanunazidd olsa da, qanunvericilikdə bununla bağlı hansısa cəza və ya inzibati tənbeh tədbirləri nəzərdə tutulmayıb.