Azərbaycanda FETÖ-yə görə həbs edilən 4 nəfərin məhkəmə başlayırbackend

Azərbaycanda FETÖ-yə görə həbs edilən 4 nəfərin məhkəmə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan təşkilatın rəhbər şəxslərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, təşkilati işlərə cavabdeh olan Anar Əliyev və fəal İlkin Əliyev barələrindəki ibtidai istintaq başa çatıb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, ayrı-ayrı icraatda aparılan istintaqlar başa çatdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Döyrüş Cəfərov və Anar Əliyev barəsində cinayət işləri Abşeron Məhkəməsinə göndərilib.

İlkin Həşimlinin cinayət işinə Binəqədi rayon Məhkəməsində, Gümrah Əbdürəhmanovun cinayət işinə isə Nərimanov rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, adıçəkilən şəxslər ötən il iyul ayında Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 167-3.1-ci (dinə etiqad etməyə məcbur etmə və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb və hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Həmçinin Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatını apardıqları və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.