Azərbaycanda fişinq hücumlarının sayı azalıbbackend

Azərbaycanda fişinq hücumlarının sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın “.az” domenində olan saytların hər 412-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumuna məruz qalıb ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,24%-ni təşkil edir.

NOCOMMENT.az-ın “Netcraft” analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 85-i fişinq hücumunun qurbanı olub ki, bu göstərici üzrə son bir ay ərzində 41%-dək azalıb.

Qeyd edək ki, bu günə “.az” domenində 35 201 sayt qeydiyyatdan keçib.

“Netcraft”ın məlumatına görə, Ukraynada hər 236, Rusiyada 262, Belarusda 622, Latviyada 24, Litvada 315, Estoniyada 23, Qazaxıstanda 964, Özbəkistanda 317, Tacikistanda 36, Qırğızıstanda 550, Gürcüstanda 212, Ermənistanda isə 436 sayta bir uğurlu fişinq hücumu düşüb.