Azərbaycanda hibrid və plug-in hibrid dövrü başa çatır: Avtomobil bazarında qiymətlər belə olacaqbackend

Azərbaycanda hibrid və plug-in hibrid dövrü başa çatır: Avtomobil bazarında qiymətlər belə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hibrid və plug-in hibrid avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsinə son qoyulması avtomobil bazarında yeni qiymət tendensiyalarına səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, bu qərar həm istehlakçı davranışına, həm də satış dinamikasına təsirsiz ötüşməyəcək. Bəs, bu dəyişiklik hansı istiqamətdə özünü göstərəcək, hibrid avtomobillərin qiyməti artacaq, yoxsa bazar yenidən ənənəvi mühərrikli modellərə üz tutacaq?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, bu qərar bazarda müəyyən dəyişikliklərə səbəb olacaq:

Eyyub Əliyevə yeni vəzifə verildi Yeni Sabah

“Ölkəmizdə gələn ildən elektrik avtomobillərinə güzəştin davam etməsi gözlənilən hal idi. Ümid edirəm ki, bu güzəşt 2030-cu ilə qədər davam edəcək. Bu mənim şəxsi proqnozumdur. Biz keçid dövrünü yaşadıq və həmin mərhələdə hibridlərə, o cümlədən plug-in hibridlərə ehtiyac vardı. Lakin artıq bu mərhələni geridə qoyuruq.”

E.Əliyevin sözlərinə görə, hazırda ölkədə elektrik nəqliyyat vasitələri üçün infrastruktur genişlənib və bu sahədə həm dövlət, həm də özəl sektor fəal işləyir:

“Hazırda istər paytaxtda, istər bölgələrdə, hətta işğaldan azad olunmuş ərazilərdə belə şarj məntəqələri fəaliyyət göstərir. Bu, o deməkdir ki, biz artıq tam elektrik avtomobillərindən respublikanın istənilən ərazisində rahat şəkildə istifadə edə bilərik.”

Ekspert hesab edir ki, yalnız elektrik avtomobillərinə güzəştin saxlanılması bazarda müəyyən dəyişikliklər yaradacaq:

“Yeni, sıfır kilometr olan daxili yanma mühərrikli avtomobillərin satış dinamikasında artım müşahidə ediləcək. Əvvəllər bu avtomobillərə tələbat azalmışdı, insanlar daha çox hibrid modellərə üstünlük verirdilər. Amma qiymət amili nəzərə alınaraq daxili yanma mühərrikli, lakin yeni avtomobillərin satışında artım gözlənilir.”

Eyyub Əliyevin fikrincə, bu proses bazarın təbii adaptasiya mərhələsinin bir hissəsidir və yaxın illərdə tam elektrikli avtomobillərin payı daha da artacaq.