Azərbaycanda icra başçısının müavinləri saxlanılıb?backend

Azərbaycanda icra başçısının müavinləri saxlanılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə əlaqədar məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, Baş Prokurorluğun məlumatında qeyd olunur ki, bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb:

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş  məlumatların ictimailəşdirilməsini xahiş edirik.

Bununla bağlı tərəfimizdən əlavə məlumatın verilməsi təmin ediləcək.