Müğənni Günel Zeynalova Azərbaycanda tamaşaçıların ifaçıları alqışlamamasından gileylənib.
NOCOMMENT.az xəbər verir ki, “İki başlı” proqramında qonaq olan sənətçi aparıcıların “Türkiyədə, yoxsa Azərbaycanda daha çox sevilirsiniz” sualına belə cavab verib:
“Məni Ağdamda çox sevirlər. Amma hər iki ölkədə tanınıram. Amma düzünü deyim, bizdə alqışlamaq yoxdur. Doğrunu deyək. Biz ancaq deyirik ki, bizi alqışlayın. İnşallah, yavaş-yavaş olar. Sənət aləmində belə alqışlamırlar. Bir məclisdə sevdiyimiz müğənni çıxır, sənət adamları oturur və alqışlamır”.













