Azərbaycanda iki məşhur müğənni koronavirusa yoluxdubackend

Azərbaycanda iki məşhur müğənni koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Ülvi Qılınc koronavirusa yoluxub.

NOCOMMENT lent.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, Ülvinin vəziyyəti ağırdır.

Ü.Qılınc hazırda evdə izolyasiya olunub və müalicəsi davam edir.

Ülvi Qılıncdan başqa daha bir müğənni – Sevda Kazımova da koronavirusa yoluxub.

Bu barədə ifaçının özü bildirib: “Hazırda xəstəxanadayam. Xəstəliyi ağır formasından tutmuşam. Həkimlər çox sağ olsun, mənə yaxşı nəzarət edirlər. Dualarınıza ehtiyacım var. İnşallah ümid edirəm ki, bu xəstəliyə qalib gələrəm. Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim”.