Azərbaycanda ilk dəfə daş buğa fiqurları aşkarlanıbbackend

Azərbaycanda ilk dəfə daş buğa fiqurları aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri tərəfindən Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlara baxış keçirilib.

Dövlət Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib.

“Qeyd etmək istərdik ki, Azərbaycan ərazisində ilk dəfədir ki, daş buğa (camış) fiquru aşkar olunur”, – deyə məlumatda bildirilib.