KoronaVirus İnformasiya Portalı
Azərbaycanda ilk dəfə deputat gəlir və xərclərini açıqladıbackend

Azərbaycanda ilk dəfə deputat gəlir və xərclərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən sosial şəbəkələrdə Qurban bayramına görə deputatlara verilən bayram pulu geniş müzakirəyə səbəb olub.

NOCOMMENT xatırladır ki, bir qədər əvvəl millət vəkili Erkin Qədirli məsələyə münasibət bildirib.

Daha sonra sosial şəbəkə hesabında Erkin Qədirli özünün son 6 ayda maliyyə hesabatını da açıqlayıb:

“Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

Xərclərim:

1) 4 min manat (çeşidli xeyriyyə işləri – heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);
2) 2 400 manat (anamın evində təmir işləri);
3) 1 500 manat (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum – 13 ildir sürürəm onu, istər-istəməz orasını-burasını düzəltdirmək lazım gəlir);
4) 1 000 manat (saytın qurulmasına verdim – hələ açmamışam);
5) digər xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

Bunları söylədiyim anda maaş kartımda 9 860 manat 59 qəpik qalır.

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar”.