Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıbbackend

Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Bu qurbanlardan 89-u qadın, 3-ü kişi, 2 nəfəri uşaqdır. Qurbanların 93 nəfəri Azərbaycan, bir nəfəri Rusiya vətəndaşıdır.

Qurbanlardan 81-i istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb.

9 nəfər ölkə daxilində məcburi əməyə cəlb edilib.