Azərbaycanda internetin sürəti yoxlanılacaqbackend

Azərbaycanda internetin sürəti yoxlanılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı müzakirələr aparmaq üçün qarşıda bir neçə ay vaxtımız var. Hələ çox araşdırma aparılacaq. Yalnız bundan sonra qəti qərara gələcəyik”.

NOCOMMENT-in məlumatına görə, bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik İTV-də yayımlanan “Bol idman” verilişində deyib.

Avstriyalı funksioner bildirib ki, VAR-ın tətbiqi üçün əvvəlcə ölkədə internetin sürəti yoxlanılacaq: “Sürət zəifdirsə, stadionun yaxınlığında hər hansı van qoyula və bundan istifadə oluna bilər. Problem yoxdursa, mərkəzləşdirilmiş otaqdan da istifadə edilə bilər”.

Ştuxlik artıq avrokubok matçlarında da VAR-ın mərkəzləşdirilmiş sistemdən idarə olunduğunu bildirib: “UEFA-dan danışırıqsa, dekabradək avrokuboklarda VAR otağı stadionlarda olurdu. Artıq hər şey mərkəz Nyondan idarə olunur. UEFA da mərkəzləşdirilmiş sistemə keçir. Təbii ki, bu, həddindən artıq böyük proqramdır. UEFA-nın bununla bağlı aşkar təhsil proqramları var. Hakimləri öyrətmək üçün müxtəlif materiallar, videokliplər göstərilir, videoməşğələlər olur, oflayn oyunlar keçirilir”.

Qeyd edək ki, AFFA iki gün öncə Azərbaycanda VAR-ın tətbiqi ilə bağlı ilkin detalları açıqlayıb.