Azərbaycanda istiliyin verilməsinə başlanılıbbackend

Azərbaycanda istiliyin verilməsinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən hər il noyabrın 1-də dağlıq və dağətəyi rayonlarda istiliyin verilməsinə başlanılır.

Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-dən başlayır.

Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.