“Azərbaycanda mövcud olan media subyektləri və jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək”.
NOCOMMENT-in xəbərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Real TV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bununla bağlı müddəalar “Media haqqında” yeni qanun layihəsinə daxil ediləcək: “Hazırda bu məsələ müzakirə edilməkdədir”.