Azərbaycanda karantin başa çatır – Açıqlamabackend

Azərbaycanda karantin başa çatır – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir həftə sonra Azərbaycanda xüsusi karantin müddəti başa çatır”.

NOCOMMENT.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O, bildirib ki, Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə bir neçə dəfə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini uzadılması barədə qərar qəbul edib:

“Son günlər yoluxma sayında azalmaların müşahidə edildiyini nəzərə alsaq, gələn aydan yumşaldılmaların olacağ istisna edilmir. Təbii ki, mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı. Yaz aylarında Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mükün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son aylar bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi.

Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir. Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir. Bu baxımdan daha məqsədəuyğun olardı, seçilmiş ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur.

İqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumaşladımasının mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun olardı. Uzun müddət müakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğru olardı”.
Yenisabah