Azərbaycanda karantin rejimini pozan vəzifəli şəxslərin sayı məlum olubbackend

Azərbaycanda karantin rejimini pozan vəzifəli şəxslərin sayı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyətə cəlb edilən vəzifəli şəxslərin sayı açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov report-a bildirib ki, son 10 ayda 785 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Onun sözlərinə görə, bu rəqəm martın 14-dən dekabrın 14-dək olan dövrü əhatə edir. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozmaqda günahkar biliniblər.