Azərbaycanda keçmiş rektor vəfat etdi – FOTObackend

Azərbaycanda keçmiş rektor vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı alim Bayram Tahirbəyov vəfat edib.

NOCOMMENT.az-ın məlumatına görə, onun ölüm səbəbi barədə məlumat verilməyib.

Xatırladaq ki, B.Tahirbəyov 1954-cü ildə Moskva Dövlət Universitetini «Rus dili və rus ədəbiyyatı» ixtisası üzrə bitirib.

1960-cı ildən 1990-cı ilə qədər Azərbaycan Dövlət Universitetində rus dili, rus dilçiliyi, ümumi dilçilik kafedralarında assistent, dosent, professor vəzifələrində işləyib, Ümumi filologiya və Dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.1988-ci ildən 1989-cu ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı Institutunun rektoru vəzifəsində çalışıb.

Dissertant, aspirant və doktorantların dil və ədəbi əlaqələr, tərcümənin tarixi nəzəriyyəsi və təcrübəsi məsələləri ilə bağlı işlərin elmi rəhbəri və məsləhətçisi, SSRİ AAK eksperti və SSR Nazirlər Kabineti yanında Elm və texnika sahəsində Lenin və Dövlət mükafatları komitəsi Filologiya bölməsinin üzvü olub.

B.Tahirbəyov rus dili və rus ədəbiyyatı, ümumi filologiya tədqiqi, elmin metodologiyası üzrə 100-dən çox elmi işlərin müəllifidir.