Azərbaycanda kimlər daha çox əmək haqqı alır? – Siyahıbackend

Azərbaycanda kimlər daha çox əmək haqqı alır? – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat təşkil edib.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə 2024-cü ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda deyilir.

Bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 4031,5 manat, qeyri neft-qaz sektorunda 950,5 manat təşkil edib.

Qeyd olunub ki, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 943,2 manat, özəl müəssisələrdə isə 1077,2 manat olub.

2024-cü ilin yanvar-aprel aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat) isə aşağıdakı kimi olub: