Azərbaycanda kişi sevgilisinin uşaqlarını döydübackend

Azərbaycanda kişi sevgilisinin uşaqlarını döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 3 azyaşlı bacı şiddətə məruz qalıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün feysbuk səhifəsində bildirib.

K.Ağazadə qeyd edib ki, uşaqları analarının sevgilisi döyüb: “Uşaqların anası sevgilisi ilə birlikdə narkotik aludəçisinə çevrilib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba sığınacağa yerləşdirib. Narkotik aludəçisi cinayətini ört-basdır etmək üçün nələrə əl atmaz ki… 1 ildir ki, uşaqlar təhsildən yayınıblar”.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi (Qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi başlanılıb: “Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən T.Mehdiyevin saxlanılması istiqamətində tədbirlər aparılır. İstintaqın gedişindən asılı olaraq əmələ obyektiv hüquqi qiymət veriləcək”.