Azərbaycanda kişilərin 48%-i pensiya almadan vəfat edibbackend

Azərbaycanda kişilərin 48%-i pensiya almadan vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Açıqlanan sonuncu rəsmi məlumata görə Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib.

Vəfat edən kişilərin isə 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüblər.

Məlumat üçün qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycan kişilər 65 yaşından sonra pensiyaya çıxırlar.