Azərbaycanda kommunal xidmətlərə ən çox hansı bölgələr pul xərcləyir? – SİYAHIbackend

Azərbaycanda kommunal xidmətlərə ən çox hansı bölgələr pul xərcləyir? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda su, işıq, qaz və digər yanacaq növlərinə (kommunal xidmətlər) ayda adambaşına orta hesabla 29 manat 16 qəpik sərf olunub.

NOCOMMENT.az Redaktor.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə adambaşına düşən kommunal xərclər 5,9% və ya 1 manat 63 qəpik artıb.

Qeyd edək ki, Azərbaycanda kommunal xidmətlərə ən çox vəsait Şirvan-Salyan iqtisadi rayonunda sərf olunub. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq kommunal xərclər 46 manat 40 qəpik olub.

Kommunal xidmətlərə ən az vəsait xərcləyən bölgə isə Şərqi Zəngəzur iqtisadi rayonu olub. Şərqi Zəngəzur iqtisadi rayonunda adambaşına düşən orta aylıq kommunal xərclər 21 manat 40 qəpik təşkil edib.

Azərbaycanda kommunal xidmətlərə sərf olunan adambaşına düşən orta aylıq vəsait aşağıdakı kimi olub:

Naxçıvan MR – 29,8 manat

Abşeron-Xızı – 24,5 manat

Dağlıq Şirvan – 26,6 manat

Gəncə-Daşkəsən – 29,4 manat

Qarabağ – 29,3 manat

Qazax-Tovuz – 25,4 manat

Quba-Xaçmaz – 22,2 manat

Lənkəran-Astara – 33,9 manat

Mərkəzi Aran – 32,2 manat

Mil-Muğan – 27,2 manat

Şəki-Zaqatala – 38,9 manat

Şərqi Zəngəzur – 21,4 manat

Şirvan-Salyan – 46,4 manat