Azərbaycanda koronavirusa 146 yeni yoluxma qeydə alınıbbackend

Azərbaycanda koronavirusa 146 yeni yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib və 154 nəfər müalicə olunaraq sağalıb evə buraxılıb.

Bu barədə NOCOMMENT.az-a Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1 858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.