Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edibbackend

Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə NOCOMMENT.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Qeyd edək ki, bu gün ümumilikdə 7 505 koronavirus testi aparılıb.