Azərbaycanda koronavirusa görə imtahan bu qaydada keçiriləcəkbackend

Azərbaycanda koronavirusa görə imtahan bu qaydada keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər karantin qaydaları ilə bağlı yumşalma olmasa, imtahanların hamısı onlayn şifahi formatda keçiriləcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı deyib.

Onun sözlərinə görə, onlayn imtahanlar qrup şəklində olacaq: “Hər qrup 6 nəfərdən ibarət alt qruplara bölünəcək. Aktiv rejimdə eyni zamanda maksimum 6 tələbə və müəllimin iştirakı ilə imtahan keçiriləcək. Buna təxminən, 1 saata qədər vaxt sərf olunacaq. Daha sonra 5 dəqiqəlik fasilədən sonra 6 tələbədən ibarət ikinci alt qrupla imtahan prosesi başlayacaq. Tələbələr onlayn rejimdə bileti çəkəcəklər, onların biletlərindəki suallarını tələbələr də, müəllimlər də eyni vaxtda görəcəklər və bu biletlərdəki suallar kompüter vasitəsi ilə həmin dəqiqə müəyyən olunacaq. Tələbələrin hər birinə hazırlaşmaq üçün 15-20 dəqiqə vaxt veriləcək, lakin arzu edən olarsa bileti çəkdikdən sonra birbaşa cavab vermək də mümkündür”.