Azərbaycanda koronavirusa yeni yoluxma 87 oldubackend

Azərbaycanda koronavirusa yeni yoluxma 87 oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 2 nəfər vəfat edib, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 33 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib, aktiv xəstə sayı 2714 nəfərdir.

Qeyd edək ki, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5618, ötən müddət ərzində isə ümumilikdə 785 126 test aparılıb.