Azərbaycanda koronavirusa yoluxan nazir sağaldıbackend

Azərbaycanda koronavirusa yoluxan nazir sağaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa (COVİD-19) yoluxan mədəniyyət naziri Anar Kərimov sağalıb.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə deyib.

O bildirib ki, A.Kərimovun karantin müddəti mayın 2-də bitib: “Onun yenidən verdiyi testin nəticəsi neqativ çıxıb. Nazirin bu gün işə çıxması nəzərdə tutulub”.

Qeyd edək ki, mədəniyyət naziri Anar Kərimov aprelin 16-dan COVİD-19-dan müalicə olunurdu.